Məmmədov Hikmət Zakir oğlu 1977-ci ildə anadan olub.
2003-2009-cu illərdə Moskva Dövlət Açıq Universitetində Hüquqşünas ixtisası üzrə təhsil alıb.
1997-1999-cu illərdə “MİRAL” Assosiasiyasında müfəttiş, 1999-2008-ci illərdə Bakı şəhəri, Yasamal rayonu üzrə Əmək və Məşğulluq Mərkəzində müfəttiş, mütəxəssis, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi, 2008-2012-ci illərdə Bakı şəhəri Sabunçu və Qaradağ rayonları üzrə əhalinin sosial müdafiəsi mərkəzlərinin direktor müavini, 2019-2021-ci illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Daxili nəzarət departamentinin müdir müavini, müdiri və Biznesə xidmətlər departamentinin müdiri vəzifələrində çalışıb.
Bir sıra xarici ölkələrdə təşkil edilmiş təlim və seminarlarda iştirak edib.
16 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Rus və türk dillərini bilir.
Ailəlidir, üç övladı var.
Powered by Froala Editor
Telefon: (+99412) 404-04-01
E-poçt:hikmat.mammadov@smb.gov.az
Powered by Froala Editor