Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub Böyük uğurlara iddialı yerli startaplar: onlar gündəlik həyatı asanlaşdırmağı hədəfləyir Sahibkarların Şəmkirdə qəbulu keçiriləcək WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Emil Hüseynliİdarə Heyətinin sədr müavini
E

Hüseynli Emil Həsən oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub. 

2005-ci ildə Təfəkkür Universitetinin Nəqliyyat tikintisi fakültəsini bakalavr üzrə bitirib.

Əmək fəaliyyətinə 1994-cü ildə “Xarabat” Kiçik Müəssisədə İnformasiya şöbəsinin müdiri vəzifəsində başlayıb, 1994-1995-ci illərdə Ədliyyə Nazirliyinin Xüsusi şöbəsinin müvəkkili, 1996-cı ildə Azərbaycan Dəmiryolu Qovşaq Avtobazası, 1997-1999-cu illərdə Qaradağ Rayonu İcra Hakimiyyəti Mənzil Komunal Təssərrüfat İstehsalat Birliyində, 102 saylı Təmir-Tikinti İdarəsində, Qaradağ əlvan metalların prokatı zavodunda müxtəlif vəzifələrdə çalışıb. 2005-2006-cı illərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük mütəxəssisi vəzifəsində çalışıb. 

2006-2007-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentində məsləhətçi, Sahibkarlığın inkişafı siyasəti şöbəsində müxtəlif vəzifələrdə işləyib. 

2009-2017-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 

Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi vardır.

2018-2019-cu illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamentinin müdiri, 2019-2025-ci illərdə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.    

6 mart 2025-ci il tarixindən KOBİA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.  

Ailəlidir, iki övladı var.

Powered by Froala Editor

Telefon: (+994 12) 404-04-01

E-poçt: emil.huseynli@smb.gov.az  

Powered by Froala Editor