Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Zəfər Gününə həsr olunmuş tədbir keçirilib 05.11.25
Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

“Bakı KOB evi”ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, YAP rayon təşkilatının və ərazi partiya təşkilatının, KOBİA-nın nümayəndələri iştirak ediblər.

Tədbirdə Zəfər Gününə dair film nümayiş olunub, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Hikmət Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi qələbədən bəhs olunub.  

Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş KOBİA əməkdaşlarına təşəkkürnamələr, YAP-a yeni üzv olan Agentlik əməkdaşlarına üzvlük vəsiqələri və partiyanın işində aktiv iştirak edən əməkdaşlara fəxri fərmanlar təqdim edilib. 

Powered by Froala Editor