Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib 03.11.25
Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

Yarışmada şirkətlərdən və dövlət qurumlarından ibarət komandalar yarışıb.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası “4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Academy” və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə keçirilən yarışda 27 şirkət, həmçinin bir sıra dövlət qurumlarının komandaları iştirak ediblər. 

Yarışmada komandalar müxtəlif mövzular üzrə suallara cavab verərək bilik və bacarıqlarını sınaqdan keçiriblər. “Birbank Biznes” komandası 1-ci, “Roof Academic Training” şirkəti 2-ci, “Pasha Life” komandası isə 3-cü yerin qalibi olub. Qaliblərə diplomlar, medal və hədiyyələr təqdim edilib. 

Dövlət Vergi Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və “Birbank Biznes” yarışmanın tərəfdaşları sırasındadır. “Unilegal Consulting” şirkətinin baş sponsorluğu və “Halal-P” şirkətinin sponsorluğu ilə baş tutan yarışın promo tərəfdaşı “Moon Group”, könüllü dəstəyi isə “İCMA könüllüləri” və “Marsol Academy” tərəfindən təmin olunub.

Powered by Froala Editor