Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Zaqatalada yem emalı müəssisəsi, Balakəndə inkubator məntəqəsi fəaliyyətə başladı 17.07.19
Zaqatalada yem emalı müəssisəsi, Balakəndə inkubator məntəqəsi fəaliyyətə başladı

İyulun 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunun Əliabad kəndində yem emalı müəssisəsi kənd sakinlərinin və aqrar sahədə fəaliyyət göstərən mikro və kiçik sahibkarların istifadəsinə verilib.

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində fəaliyyətə başlayan yem emalı müəssisəsindən Əliabad kəndi ilə yanaşı, ətraf kənd və qəsəbələrin sakinləri də istifadə edə bilər.

Bununla əlaqədar keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” Qalib Nəbiyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, USAİD-in proqram rəhbəri Eylin Louless və kənd sakinləri belə müəssisələrin bölgələrdə kənd təsərrüfatı və heyvandarlığın inkişafında, bu sahədə fəaliyyət göstərən mikro və kiçik sahibkarların yemə olan tələbatının ödənilməsində, eləcə də məşğulluğun təmin olunmasında əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.

Tədbir zamanı həmçinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kənd sakinləri KOBİA-nın fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumatlandırılıb.

Yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan taxıl təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.

Məlumat üçün qeyd edək ki, SEDA layihəsi çərçivəsində bu ilin may ayında Zaqatala rayonunun Qazangül kəndində də yem emalı müəssisəsi istifadəyə verilib.

Həmin gün həmçinin, Balakən rayonunun Gərəkli kəndində SEDA layihəsi çərçivəsində İnkubator Müəssisəsi də fəaliyyətə başlayıb.

Powered by Froala Editor