Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Yevlax və Şərurda sahibkarlarla görüşlər keçirilib 22.11.23
Yevlax və Şərurda sahibkarlarla görüşlər keçirilib

KOBİA-nın təşkilatçılığı ilə regionlarda sahibkarlarla keçirilən görüşlərdə kənd təsərrüfatı sahəsində dövlət dəstəyi tədbirləri, bu sektordakı yeniliklər barədə məlumat verilib.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Yevlax şəhərində və Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sahibkarlarla görüşlər keçirilib. 

Görüşlərdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 70-ə yaxın sahibkar və fermer, eləcə də regionlarda sahibkarlara xidmət göstərən qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər. 

Tədbirlərdə sahibkarlar kənd təsərrüfatı sektoruna dövlət dəstəyi mexanizmləri, o cümlədən subsidiyalar, güzəştli kreditlər, eləcə də aqrar sığorta, kartofun qablaşdırılması və brendləşməsi barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. 


Powered by Froala Editor