Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Yevlax KOB evində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları üçün təlimlər keçirilib 13.04.21
Yevlax KOB evində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları üçün təlimlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin Təlim departamenti tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bu yaxınlarda fəaliyyətə başlamış "Yevlax KOB evi"ndə fəaliyyət göstərən 20-yə yaxın dövlət və özəl qurumun əməkdaşları üçün təlimlər keçirilib.  

 

Təlimlər “Dinləmə və izahetmə bacarıqları”, “Stress vəziyyətinin idarə olunması”, “Münaqişələrin idarə edilməsi” və “Müştəri məmnuniyyətinin idarə olunması” kimi fərqli mövzuları əhatə edib. 4 gün davam edən təlimlər zamanı səmərəli ünsiyyətin texnikaları barədə məlumat verilib, komanda fəaliyyətində ünsiyyətin önəmindən və effektiv ünsiyyətdən danışılıb. Həmçinin dinləmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə oyunlar təşkil olunub. Təlimlərdə stress vəziyyətinin idarə olunması, yaranma səbəbləri və təsirinin azaldılması üçün zehnə, bədənə və davranışa təsir edən müxtəlif texnikalar müzakirə edilib, iştirakçılarla “autogen məşqlər” edilib və “mindful meditasiya”lar aparılıb. Təlim mövzularına uyğun olaraq münaqişəni yaradan səbəblər, onların qarşısının alınması və emosiyaların idarə olunmasının bəzi praktiki üsulları və yolları izah olunub. Təlimlərdə, həmçnin vətəndaş, müştəri tipləri və onlara xidmət üsulları müzakirə olunub və şəxsiyyət tiplərinin bir-birini qavraması ilə bağlı interaktiv oyunlar oynanılıb. 

 

Təlimi uğurla başa vurmuş iştirakçılara “İnnovasiyalar Mərkəzi” tərəfindən sertifikatlar təqdim olunub. 

 

Müvafiq təlimlər 2020-ci ildən sahibkarlara uğurla xidmət göstərən “Xaçmaz KOB evi”nin əməkdaşları üçün də keçirilib. 

 

“İnnovasiyalar Mərkəzi” tərəfindən mütəmadi təşkil olunan təlimlərin məqsədi müxtəlif sektorlarda fəaliyyət göstərən təşkilatların operativlik, stressə davamlılıq, özünü idarəetmə, ünsiyyət və s. kimi bacarıqlarının inkişaf etdirilməsidir.

 

Qeyd edək ki, “Yevlax KOB evi” sahibkarların istifadəsinə verilmiş sayca 2-ci KOB evidir. KOB evinin başlıca üstünlüyü burada sahibkarlara dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərilməsidir. Hazırda “Yevlax KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlıq subyektlərinə 200-dən çox xidmət göstərilir.

Powered by Froala Editor