Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Yerli şirkətlərin tanıtım sərgisi” başlayır 22.05.25
“Yerli şirkətlərin tanıtım sərgisi” başlayır

6-cı dəfədir keçiriləcək sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunacaqdır. 

İyunun 18-21-də Bakı Ekspo Mərkəzində “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. 6-cı dəfə təşkil olunacaq sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq. 

Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq. 

Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək. Builki sərginin tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA). 

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi 

Sərgidə dövlət dəstəyi hesabına məhsul və xidmətlərini KOBİA-nın stendində təqdim etmək istəyən mikro və kiçik sahibkarlar iyunun 12-dək müvafiq formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölməsində “6-cı Yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır).



Powered by Froala Editor