Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Yerli şirkətlərin sərgisi başa çatıb 21.06.25
Yerli şirkətlərin sərgisi başa çatıb

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə 4 gün ərzində 30 mindən çox ziyarətçi qatılıb. 

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb. 

“Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Sərginin məqsədi yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı əməkdaşlığı təşviq etməkdir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. Builki sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Dörd gün ərzində sərgiyə 30 mindən çox ziyarətçi qatılıb. Mikro və kiçik sahibkarların iri şirkətlərin təchizat zəncirində iştirakının artırılması məqsədilə sərgi çərçivəsində KOB-ların 10-a yaxın iri şirkətlə “B2B” görüşləri təşkil olunub. KOB-ların ixrac imkanlarının artırılmasına dəstək üçün sərgidə bir sıra xarici ölkələrin ticarət palatalarının və müvafiq təşkilatların iştirakı təmin edilib. KOB-lara dəstək məqsədilə builki sərgidə də ödənişsiz stend ayrılıb. “Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilən sərginin bu ilki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) olub.



Powered by Froala Editor