Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Yerli şirkətlərin halal məhsulları İstanbulda keçirilən “Halal Ekspo” sərgisində nümayiş olunur 23.11.23
Yerli şirkətlərin halal məhsulları İstanbulda keçirilən “Halal Ekspo” sərgisində nümayiş olunur

“Halal Ekspo” sərgisində yerli şirkətlərin ət və ət məhsulları sərgilənir.

Türkiyənin İstanbul şəhərində Dünya Halal Sammiti keçirilir. Tədbir çərçivəsində təşkil olunan “Halal Ekspo” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanın halal istehsalı olan qida şirkətlərinin məhsulları da nümayiş olunur. Stendimizdə 4 şirkətin ət və ət məhsulları sərgilənir. 

İstanbula səfər çərçivəsində KOBİA nümayəndə heyəti “Qlobal halal iqtisadiyyata açılan qapı: potensialın üzə çıxarılması” mövzusunda Dünya Halal Sammitində də iştirak edib. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların halal qida və xidmət sektorunun aparıcı qüvvəsi olduğunu qeyd edib, Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, eləcə də 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Halal Biznes və Turizm Forumu barədə məlumat verib. Qeyd olunub ki, Tatarıstanda mütəmadi olaraq keçirilən Halal Sammitdə KOBİA ölkə stendi ilə təmsil olunur. Bu halal sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan KOB-larının məhsullarını tanıtmağa və dgər ölkələrdən olan həmkarları ilə əlaqələr qurmalarına imkan yaradır. Gələn il Bakıda keçiriləcək Forum çərçivəsində də halal məhsulların sərgisi təşkil olunacaqdır. 

Powered by Froala Editor