Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Yerli investorlar startaplarda hansı sahələrə üstünlük verirlər? - KOBİA-dan AÇIQLAMA 21.11.25
Yerli investorlar startaplarda hansı sahələrə üstünlük verirlər? - KOBİA-dan AÇIQLAMA

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli investorların startap ekosistemində diqqət yetirdikləri sahələri açıqlayıb.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq KOBİA-dan məlumat verilib. Agentliyin məlumatına görə, yerli investorlar daha çox real bazar ehtiyaclarını qarşılayan, kommersiya potensialı yüksək olan startaplara maraq göstərirlər.

KOBİA vurğulayıb ki, investorların prioritet sahələri arasında biznes proseslərinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması xüsusi yer tutur:

“Xüsusilə biznes proseslərinin avtomatlaşdırılması, müştəri təcrübəsinin rəqəmsallaşdırılması və xidmət keyfiyyətinin artırılmasına yönəlmiş həllər diqqət mərkəzindədir.”

Açıqlamada qeyd olunub ki, texnologiya əsaslı layihələrə maraq artmaqdadır:

“İT infrastrukturu, proqram təminatı və süni intellekt tətbiqlərinə əsaslanan yerli texnoloji layihələrə maraq getdikcə artır.”

Bundan əlavə, kənd təsərrüfatı və istehsal sahələrində innovativ həllər də diqqət çəkir:

“Bununla yanaşı, kənd təsərrüfatında rəqəmsal idarəetmə, logistik zəncirlərin optimallaşdırılması və istehsal yönümlü innovativ həllər də yeni trendlər sırasındadır.”

Agentlik həmçinin sosial yönümlü layihələrə marağın əhəmiyyətini vurğulayıb:

“Təhsil, sağlam həyat tərzi və sosial yönümlü layihələrə olan investor marağı isə ekosistemin daha balanslı şəkildə inkişafını təmin edir.”

Nəticə olaraq, KOBİA yerli bazarda investorların prioritetlərini belə yekunlaşdırır:

“Qeyd edə bilərik ki, yerli bazarda praktik, dayanıqlı və ixrac potensialı olan startaplara üstünlük verildiyi müşahidə olunur.”

https://finss.az/biznes/340053/yerli-investorlar-startaplarda-hansi-sahelere-ustunluk-verirler-kobia-dan-aiqlama/

Powered by Froala Editor