Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
"Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil" mövzusunda biznes forum keçirilib 03.05.23
"Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil" mövzusunda biznes forum keçirilib

Forumda sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, elmi yeniliklərin biznesə inteqrasiyası müzakirə edilib. 

 

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil" mövzusunda I BANM biznes forumu keçirilib. 

 

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov elmi yeniliklərin biznesə inteqrasiyası, Agentliyin dəstək və xidmətləri barədə məlumat verib. Qeyd olunub ki, əksər ölkələrdə olduğu kimiAzərbaycanda da bizneslərin mütləq əksəriyyəti KOB subyektləridir. Sahibkarların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması üçün elmi yeniliklərin biznesə inteqrasiyası əhəmiyyətlidir. Bu məqsədlə 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu tədbir yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən texnoloji yeniliklərin praktik tətbiqi baxımından əhəmiyyətlidir. İndiyədək keçirilmiş 3 müsabiqə çərçivəsində 40-a yaxın layihə maliyyələşdirilib. İnnovativ biznes və startap ekosisteminin inkişaf etdirilməsi üçün mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. KOBİA universitetlərin elmi potensialından istifadə edilməsi, tələbələr arasında müasir və innovativ düşüncəli sahibkarların formalaşdırılması məqsədilə ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir. 

Powered by Froala Editor