Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
“Yaşıl iqtisadiyyata keçiddə ESG prinsiplərinin əhəmiyyəti” mövzusunda Konfrans keçiriləcək 27.05.24
“Yaşıl iqtisadiyyata keçiddə ESG prinsiplərinin əhəmiyyəti” mövzusunda Konfrans keçiriləcək

Tədbirdə “yaşıl iqtisadiyyat” ilə ESG prinsipləri arasında əlaqə, uğurlu “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində özəl sektorun gözləntiləri və təşəbbüskarlığı, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələləri müzakirə ediləcək.

Mayın 31-də, saat 15.00-da “Bakı KOB evi”ndə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda Konfrans keçiriləcək. 

Tədbirdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun tərkibində fəaliyyət göstərən ESG üzrə altqrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, ekspertlər, eləcə də sahibkarlar iştirak edəcək. 

Konfransın təşkilində məqsəd ESG prinsiplərini təşviq etmək, “yaşıl iqtisadiyyat”a keçiddə bu prinsiplərin önəmini və biznesdə tətbiqinin əhəmiyyətini bir daha diqqətə çatdırmaq, bu sahədə maraqlı tərəflər arasında fikir mübadiləsini təşviq etməkdir. 

Tədbirdə “yaşıl iqtisadiyyat” ilə ESG prinsipləri arasında əlaqə, uğurlu “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində özəl sektorun gözləntiləri və təşəbbüskarlığı, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələləri, dövlət şirkətlərində ESG təşəbbüslərinə dair müzakirələr aparılacaq. 

Qeyd edək ki, 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir.   

Powered by Froala Editor