Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Yardımlı rayonunda sahibkarlarla görüş keçirilib 20.02.26
Yardımlı rayonunda sahibkarlarla görüş keçirilib

Görüşdə sahibkarlarla Yardımlı rayonunda biznesin inkişaf etdirilməsi üçün imkanlar və bu potensialın reallaşdırılmasına dövlət dəstəyi barədə müzakirələr aparılıb.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təssərüfatı, heyvandarlıq, arıçılıq, taxılçılıq sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov rayonda sahibkarlıq fəaliyyəti, mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, rayonun ekoloji təmiz mühiti kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də turizm və xidmət sahələrinin inkişafı üçün əlavə imkanlar yaradır. Biznes subyektləri yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verə bilərlər. Müasir texnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi məhsuldarlığın artmasında faydalı ola bilər. Sahibkarlar arasında əməkdaşlıq və birgə fəaliyyət xərclərin azalmasına və yeni imkanların yaranmasına şərait yarada bilər. Dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə isə sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlavə stimul yaradacaqdır.  

Görüşdə sahibkarlarla arıçılıq təsərrüfatının inkişafı, emal müəssisəsinin yaradılması, satış imkanlarının genişləndirilməsi, artezian quyusunun qazılmasına dəstək, torpağın təyinatı, baytarlıq, subsidiyalar, biznesin maliyyələşdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi və s. kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları cavablandırılıb. 

KOBİA nümayəndələri həmçinin, Yardımlıda ailəvi istirahət mərkəzində və çörək istehsalı müəssisəsində olub, sahibkarlarla biznesin inkişafına, dövlət dəstəyi alətlərindən istifadəyə dair fikir mübadiləsi aparıblar.

Powered by Froala Editor