Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Yaponiyanın Azərbaycandaki səfiri KOBİA-da olub 16.02.21
Yaponiyanın Azərbaycandaki səfiri KOBİA-da olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada arasında görüş keçirilib.

 

Görüşdə KOBİA-nın fəaliyyəti və KOB-lara göstərilən dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlıq imkanlarına, o cümlədən iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına və bu prosesdə KOBİA-nın dəstəyinə, qarşılıqlı olaraq potensial investisiya layihələrinin mübadiləsinə, Yaponiyanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb. 

 

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada KOB sahəsində Yaponiyanın müvafiq qurumları ilə KOBİA arasında əlaqələrin qurulmasına və mövcud əlaqələrin genişləndirilməsinə dəstək göstəriləcəyini bildirib. 

Powered by Froala Editor