Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Xarici investorların Azərbaycan startaplarına marağı artıb 01.12.25
Xarici investorların Azərbaycan startaplarına marağı artıb

Son illərdə xarici investorların Azərbaycan startaplarına marağı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

KOBİA-nın məlumatına görə, xarici investorların Azərbaycan startaplarına marağı son illərdə artmaqda və artıq real nümunələrlə öz təsdiqini tapmaqdadır.

Açıqlamada qeyd olunur ki, bu marağın artmasında bir sıra əsas amillər rol oynayır:

“Ölkədə innovasiya yönümlü islahatlar, biznes mühitinin sadələşdirilməsi və dövlət dəstək mexanizmlərinin tətbiqi bu marağın güclənməsinə mühüm təsir göstərir. Məsələn, son illərdə yerli startaplar xarici investor və təşkilatlardan 2.4 milyon avrodan çox investisiya cəlb ediblər.”

KOBİA-nın startap ekosistemindəki rolu da xüsusi vurğulanıb:

“Bu prosesdə KOBİA-nın startap ekosisteminin formalaşması, sahibkarlara ‘Startap’ şəhadətnaməsi və qrant dəstəyi göstərməsi, həmçinin beynəlxalq əməkdaşlıqları genişləndirməsi də rol oynayır.”

Həmçinin beynəlxalq fondların marağı və digər cəlbedici amillər diqqətə çatdırılıb:

“Eyni zamanda beynəlxalq fondların ölkə bazarına maraq göstərməsi bu sahədə dinamikanı gücləndirir. Gənc və innovativ insan kapitalı, texnoloji layihələrin çoxalması və Azərbaycanın regional strateji mövqeyi də xarici investorlar üçün cəlbedici amillərdəndir.”

Həmçinin vurğulanıb ki, dövlət dəstək mexanizmləri startap mühitinin beynəlxalq səviyyədə tanınmasına töhfə verir:

“Bu amillər, o cümlədən dövlət qurumlarının startaplara təqdim etdiyi dəstək mexanizmləri ölkənin startap mühitini beynəlxalq səviyyədə tanıdan faktorlar kimi çıxış edir.”

Beləliklə, Azərbaycanın innovativ biznes mühiti, dövlət dəstək mexanizmləri və strateji imkanları xarici investorlar üçün startap sahəsində cəlbedici imkanlar yaradır.

https://finss.az/biznes/340331/xarici-investorlarin-azerbaycan-startaplarina-marai-artib-kobia-dan-aciqlama/

Powered by Froala Editor