Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Xaçmaz KOB İnkişaf Mərkəzi Biznes planın hazırlanmasına dair distant təlimlərə başlayıb 23.04.20
Xaçmaz KOB İnkişaf Mərkəzi Biznes planın hazırlanmasına dair distant təlimlərə başlayıb



Aprelin 23-dən etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar (KOB) və biznesə başlamaq istəyənlər üçün “Biznes planın hazırlanması” mövzusunda distant təlimlərə başlanılıb.

Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat veriləcək. Bununla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-lar üçün mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes yaratmaq məqsədilə təlim çərçivəsində əldə etdikləri bilikləri biznes plan nümunələri üzərində praktiki tətbiq etmək imkanı yaradılacaq.

Aprelin 30-dək davam edəcək təlimdə iştirak etmək istəyən KOB-lar Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (+994 55 222-15-04, e-mail: khachmazkobim@gmail.com ).

Təlimdə iştirak ödənişsizdir.

Powered by Froala Editor