Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Xaçmaz KOB evində on mininci xidmət göstərildi 26.08.20
Xaçmaz KOB evində on mininci xidmət göstərildi

Sahibkarlara dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin vahid məkanda təqdim olunduğu Xaçmaz KOB evi tərəfindən on mininci xidmət göstərilib.

On mininci müraciət mənşə sertifikatı almaq üçün KOB evinə müraciət etmiş sahibkara hazır sənədin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, Xaçmaz KOB evində sahibkarlara İqtisadiyyat Nazirliyi və onun qurumları - Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və digər qurumlar tərəfindən 150-yə yaxın dövlət xidməti göstərilir. KOB evində həmçinin, sahibkarlıq subyeklərinə bank, sığorta, lizinq, broker, tərcümə və s. kimi 100-dək zəruri biznes-biznes xidmətləri təqdim olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB evinin əsas üstünlüyü bura müraciət edən sahibkarların vaxta və əməliyyat xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, dövlət-biznes və biznes-biznes xidmətlərinin bir məkanda göstərilməsi, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. KOB evində sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97% təşkil edir.

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Xaçmaz KOB evində sahibkarlara xidmətlərin göstərilməsi zamanı karantin rejiminin tələblərinə tam riayət olunur.

Powered by Froala Editor