Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Xaçmaz KOB evi tərəfindən sahibkarlara 50 minə yaxın xidmət göstərilib 07.02.22
Xaçmaz KOB evi tərəfindən sahibkarlara 50 minə yaxın xidmət göstərilib

Fevralın 7-də “Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötür. Ötən müddət ərzində “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara 49931 xidmət göstərilib. Bunlardan 47973-ü (96%) “G2B”, 1958-i (4%) isə “B2B” xidmətlərdir. 

 

“Xaçmaz KOB evi” tərəfindən sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi genişlənməkdədir. Belə ki, 2022-ci ilin yanvar ayında “Xaçmaz KOB evi”ndə daha 2 yeni “G2B” xidmət sahibkarların istifadəsinə verilib. 

 

Hazırda “Xaçmaz KOB evi”ndə sahibkarlara 10 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 6 özəl şirkət tərəfindən 100-dək zəruri “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, kommunal xidmətlər, bank və s. xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər. 

 

“Xaçmaz KOB evi”nin xidmətlərindən daha çox istifadə edən rayonlar arasında Xaçmaz, Quba və Qusardan olan sahibkarlar üstünlük təşkil edir. 

 

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. KOB evləri həmçinin, fəaliyyət göstərdiyi regionda kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdırır, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına dəstək olur.

Powered by Froala Editor