Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
www.kobmarket.az ticarət portalının imkanları Zaqatala sahibkarlarına təqdim olunub 24.09.21
www.kobmarket.az ticarət portalının imkanları Zaqatala sahibkarlarına təqdim olunub

Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən www.kobmarket.az onlayn ticarət platformasının imkanlarına dair sahibkarlar üçün təqdimat keçirilib. 

 

Mərkəzin eksperti tərəfindən onlayn satış platformasında qeydiyyatdan keçmə, məhsulların yerləşdirilməsi qaydaları, sifarişlərin qəbul edilməsi və portal tərəfindən mütəmadi olaraq təşkil olunan kampaniyalar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, portal sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb. Portalda qeydiyyat prosesi sadədir və sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində saytdan əldə edə bilər. www.kobmarket.az platforması regionda fəaliyyət göstərən mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satış imkanlarını genişləndirmələri üçün əhəmiyyətli dəstək aləti ola bilər. Ehtiyac yaranacağı təqdirdə Zaqatala-Balakən KOBİM tərəfindən də www.kobmarket.az platformasında onlayn mağazanın yaradılması üçün sahibkarlara müvafiq dəstək göstəriləcəkdir. 

 

Tədbir zamanı sahibkarlıq subyektlərinin www.kobmarket.az ticarət portalı barədə sualları da cavablandırılıb.

Powered by Froala Editor