Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı sahibkarlar üçün seminar keçirilib 16.02.26
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı sahibkarlar üçün  seminar keçirilib

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Vergi Xidməti, “SM Consulting” və “Gbaru.com”un birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı sahibkarların məlumatlandırılması məqsədilə seminar təşkil olunub.

Tədbirdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.

Seminarda KOBİA-nın və Dövlət Vergi Xidmətinin nümayəndələri çıxış edərək, sahibkarların maarifləndirilməsi məqsədilə məlumatlandırıcı tədbirlərin davamlı olaraq təşkil edildiyini qeyd ediblər. Bildirilib ki, belə tədbirlər biznes subyektlərinin qanunvericilikdəki yeniliklər barədə operativ məlumat əldə etməsinə və fəaliyyətlərini daha effektiv planlaşdırmasına imkan yaradır.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı “SM Consulting” şirkəti tərəfindən təqdimat keçirilib, praktiki izahlar verilib və sahibkarların sualları cavablandırılıb.


Powered by Froala Editor