Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı onlayn tədbir keçirilib 31.01.20
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı onlayn tədbir keçirilib

Yanvarın 31-də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı maarifləndirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn tədbir keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin texniki dəstəyi ilə təşkil olunmuş onlayn maarifləndirmə tədbirində Vergilər Nazirliyinin nümayəndələri dövlət vergi siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə sahibkarları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Sahibkarların onlayn tədbirə daha rahat qoşulmaları üçün KOBİA-nın inzibati binasında, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində zəruri təşkilati və texniki imkanlar yaradılıb.

Maarifləndirmə tədbirindən ümumilikdə 500-ə yaxın sahibkar yararlanıb.

Powered by Froala Editor