Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib 01.10.21
Unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlarla  görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Sumqayıt şəhərində unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.

 

Sentyabrın 30-da təşkil olunmuş görüşdə KOBİA-nın, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.

 

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş tədbirdə sahibkarlar tərəfindən unlu qənnadı məmulatlarının keyfiyyətli daşınması və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Görüşdə sahibkarların təklifləri dinlənilib, müvafiq qurumlar tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlara qida məhsullarının daşınması zamanı temperatur rejiminə və digər müvafiq qaydalara əməl olunması, maliyyə resurslarına çıxışla bağlı Elektron Kredit Platformasından (www.e-edf.gov.azistifadə, sahibkarlıq subyektlərinin əməkdaşlarının biznesyönümlü təlim və məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri və s. barədə məlumat verilib. 

Powered by Froala Editor