Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Unibroad” təhsil platforması dünyanın ən yaxşı startapları sırasında 15.04.24
“Unibroad” təhsil platforması dünyanın ən yaxşı startapları sırasında

Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında yarımfinalda qalib olaraq London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib.

Bu barədə AZƏRTAC-a “Unibroad” təhsil platformasından məlumat verilib. Bildirilib ki, startap öz uğurunu davam etdirərək “DOHE GLOBAL” təhsil startapları ekosisteminin layihə portfelinə seçilib. Sinqapur, Filippin və Avropada fəaliyyət göstərən “DOHE GLOBAL” təhsil sahəsində ən uğurlu layihələri seçməklə 20 həftəlik təlim proqramından sonra startapı investisiya mərhələsinə çatdırır və təhsil sahəsində bir çox yenilikləri dəstəkləyir.

Qeyd edək ki, 2022-ci ildən qlobal startap kimi bazara daxil olan və azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın 600-dən çox universiteti ilə birbaşa müqaviləsi olan və tələbələr üçün tamamilə ödənişsiz əsaslarla xidmət göstərən startapdır. Startapın əsas hədəfi gənclər üçün təhsili əl çatan və sərhədsiz etməkdir. “Unibroad”, eyni zamanda, Azərbaycanda KOBİA tərəfindən rəsmi startap şəhadətnaməsi almış platformadır.

https://azertag.az/xeber/unibroad_tehsil_platformasi_dunyanin_en_yaxsi_startaplari_sirasinda-2966331

Powered by Froala Editor