Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi başa çatıb 09.03.24
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi başa çatıb

Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif təlimlər, işgüzar görüşlər və digər sosial tədbirlər təşkil edilib. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi başa çatıb. 


Layihənin yekunlarına həsr olunmuş tədbirə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və layihədə iştirak etmiş qadın sahibkarlar qatılıblar. 


Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İCMA sədri və "Marsol Group"un təsisçisi Tural Mustafayev, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, layihəyə dəstək göstərmiş “Azestetik Group” və “Elegant-S” MMC-nin nümayəndələri layihə ilə bağlı fikirlərini bölüşüb, qadın sahibkarlara fəaliyyətlərində uğurlar arzu ediblər. 


Qeyd olunub ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin məqsədi qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi olub. Layihədə müxtəlif sektorları təmsil edən 70-dən çox qadın sahibkar iştirak edib. Layihə çərçivəsində qadın sahibkarların biznes bacarıqlarının artırılması üçün idarəetmə, satış, netvörkinq kimi mövzularda təlimlər keçirilib. Ofis və istehsalat ziyarətləri layihə iştirakçılarına yeni biznes əlaqələri qurmağa, istehsal müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaqda imkan yaradıb. Sahibkarlara dəstək göstərən müxtəlif qurumların nümayəndələri ilə təşkil olunmuş işgüzar görüşlərdə qadın sahibkarlar biznes üçün imkanlar, dövlət dəstəyi tədbirləri barədə ətraflı məlumat əldə ediblər. Layihə çərçivəsində müxtəlif növ sosial fəaliyyətlər də təşkil olunub.  

Tədbirdə layihə çərçivəsində təşkil olunan işgüzar görüş və təlimlərdə fərqlənən qadın sahibkarlara sertifikatlar və hədiyyələr təqdim edilib. 

Powered by Froala Editor