Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə yenidən start verilib 15.01.25
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə yenidən start verilib

Qadın sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılması, işgüzar əlaqələrinin genişləndirilməsi məqsədi daşıyan layihə çərçivəsində müxtəlif təlimlər, işgüzar görüşlər, müəssisə ziyarətləri həyata keçiriləcək. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən start verilib.

Layihədə 70-dən çox xanım sahibkarın iştirakı nəzərdə tutulur. Layihə çərçivəsində iştirakçılar üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumlarında görüşlər, master klaslar və s. təşkil olunacaq. Məqsəd qadın sahibkarların işgüzar əlaqələrini genişləndirmək, onların biznes biliklərini artırmaq, qadın sahibkarlar arasında əlaqələri genişləndirməkdir. 

Layihənin təqdimatına həsr olunmuş tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə məlumat veriblər. Tədbir çərçivəsində qadın sahibkarların biznes sahəsində yeniliklər və layihə barədə sualları da cavablandırılıb. 

Qeyd edək ki, Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi 2024-cü ildən icra olunur. “Kapital Bank”, “Esen Tekstil”, “Nur Collection”, “Soel Parfum” və “Sharaf Media” layihənin tərəfdaşları və dəstək göstərənləri sırasındadır. Layihə mart ayında başa çatacaqdır. 

Powered by Froala Editor