Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və KOBİA KOB-lar üçün innovativ təşəbbüsləri müzakirə edib 19.02.22
Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və KOBİA KOB-lar üçün innovativ təşəbbüsləri müzakirə edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Çetin Ali Dönmez arasında onlayn formatda görüş keçirilib. 


Görüşdə KOB sahəsində əməkdaşlıq imkanlarına və innovasiyalara dair fikir mübadiləsi aparılıb, belə görüşlərin KOB-lar üçün yeni dəstək imkanlarını genişləndirəcək təşəbbüslərin reallaşmasına öz töhfəsini verəcəyi vurğulanıb. 


Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) rəhbəri Hasan Basri Kurtun da iştirak etdiyi görüşdə həmçinin, KOBİA və KOSGEB arasında birgə əməkdaşlığa dair Fəaliyyət Planı müzakirə edilib. 

Powered by Froala Editor