Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar 23.06.26
Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar

KOBİA və MÜSİAD Niğde üzvləri arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanlarına və biznes dairələri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Ölkəmizə səfər çərçivəsində Türkiyənin Niğde bölgəsinin bir qrup iş adamı ilə “Bakı KOB ev”ində görüş keçirilib. Görüşdə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Niğde bölgəsinin sədri Hüsamettin Gümüştepe, təşkilata üzv sahibkarlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər. Tərəflər Azərbaycan və Türkiyənin regionlarında fəaliyyət göstərən iş adamları arasında əməkdaşlıq imkanları, birgə təşəbbüslərin və layihələrin həyata keçirilməsi, həmçinin sahibkarlıq sahəsində təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib. 


Sonra Niğde iş adamları “Bakı KOB evi”nin fəaliyyəti və Azərbaycanın vahid məkanda biznesə xidmət təcrübəsinə əsaslanan KOB evi modeli ilə tanış olublar. 

Powered by Froala Editor