Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Cocuq Mərcanlıda yerləşən suvenir istehsalı müəssisəsində olub 20.05.22
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Cocuq Mərcanlıda yerləşən suvenir istehsalı müəssisəsində olub

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi və Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən suvenir istehsalı müəssisəsində olublar. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat müəssisə barədə məlumat veriblər. Qeyd olunub ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu,  TÜİB, KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb. 750 mərazidə yerləşən Suvenir İstehsalı Müəssisəsinin 418 m2–i istehsal sahəsidir. Burada əsasən milli ornamentlərə əsaslanan hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və s. məhsullar istehsal olunacaq. Müəssisədə 25 nəfər Cocuq Mərcanlı kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulur. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində müəssisənin təqdimatı keçirilib. Cocuq Mərcanlı kəndində Azərbaycan və Türkiyə tərəfindən birgə layihələrin icrası Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının daha bir nümunəsi olmaqla,  kəndin sosial-iqtisadi inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacaqdır.  

Powered by Froala Editor