Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Türkiyənin DEİK təşkilatının rəhbəri KOBİA-da olub 16.06.21
Türkiyənin DEİK təşkilatının rəhbəri KOBİA-da olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşüb. 


KOBİA-da təşkil olunmuş görüşdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin müxtəlif ölkələrin, eləcə də qardaş Türkiyənin KOB sahəsində təcrübəsinin öyrənilməsində və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər, Agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verən KOBİA sədri əməkdaşlıq perspektivlərinə dair fikirlərini və təkliflərini bölüşüb.  


DEİK prezidenti Nail Olpak Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib, Agentliklə DEİK arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirib. 


Görüşdə ölkəmizə investisiya qoyuluşunun genişləndirilməsi imkanları, KOB sahəsində birgə layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. 

Powered by Froala Editor