Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Türkiyə iş adamları Azərbaycanda səfərdədir 09.06.23
Türkiyə iş adamları Azərbaycanda səfərdədir

Türkiyənin Ünye Ticarət və Sənaye Palatasının rəhbərlik etdiyi iş adamlarının ölkəmizə səfəri çərçivəsində KOBİA-nın biznesə dəstəyinə dair təqdimat keçirilib.

Türkiyənin Ünye Ticarət və Sənaye Palatasının rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyətində müxtəlif sektorlarda fəaliyyət göstərən 40-dan çox iş adamı təmsil olunur. 

Azərbaycana səfər çərçivəsində Türkiyə iş adamları üçün “Bakı KOB evi”ndə təqdimat təşkil olunub. Təqdimatda KOBİA-nın fəaliyyətinə, KOB-lara göstərilən dəstək və xidmətlərə, o cümlədən Agentliyin yerli və xarici iş adamlarının əlaqələndirilməsi, sahibkarların birgə təşəbbüslərinin reallaşdırılmasına dəstəyi barədə məlumat verilib. 

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə biznesin inkişafı, Azərbaycan və Türkiyə iş adamları üçün biznes imkanları və perspektivlər barədə fikirlərini bölüşüb, belə səfərlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlıqların qurulmasında önəmini diqqətə çatdırıb. 

Tədbir çərçivəsində həmçinin, Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.  

Powered by Froala Editor