Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Türk iş adamları yerli kiçik və orta biznes subyektləri ilə əməkdaşlıqda maraqlıdır 26.04.19
Türk iş adamları yerli kiçik və orta biznes subyektləri ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici investorların ölkə regionlarına sərmayə qoyuluşunun təşviqinə, yerli kiçik və orta biznes subyektləri ilə investorlar arasında əməkdaşlığın genişləndirilməsinə dəstək göstərir.

KOBİA-nın, Gəncə Şəhər İcra Hakimiyyətinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə türk iş adamlarının Gəncə-Qazax iqtisadi rayonuna investisiya qoyuluşunu təşviq etmək və yerli sahibkarlarla əlaqələrin genişləndirilməsi məqsədilə tədbir keçirilib.

“Türk iş adamlarının Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı ilə tanışlığı” mövzusunda təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən türk iş adamları və yerli sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Səməd Tomuyev Gəncənin sosial-iqtisadi potensialı, şəhərə investisiya qoyuluşu imkanları, KOBİA-nın Gəncə şəhəri üzrə nümayəndəsi (“KOB Dostu”) Anar Əliyev türk iş adamları ilə yerli KOB subyektləri arasında əməkdaşlığın qurulması istiqamətləri, Agentliyin fəaliyyəti və dəstək mexanizmləri, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk isə ölkələrimiz arasında əməkdaşlıq barədə məlumat veriblər.

Türk iş adamları regiona investisiya qoyuluşunun genişləndirilməsində və yerli KOB-larla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Tədbir çərçivəsində Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri ölkəmizdə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq sahələrdə həyata keçirilən islahatlar barədə türk iş adamlarını məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Türk iş adamları Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı ilə də tanış olublar.

Powered by Froala Editor