Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib 29.09.22
Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə şəhərində turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

 

Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Reklam Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri, eləcə də regionda turizm sahəsində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

 

Tədbirdə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor