Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Turizm klasterləşməsinin təşviqi prioritet istiqamətlərdəndir 23.04.19
Turizm klasterləşməsinin təşviqi prioritet istiqamətlərdəndir

Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş təbii imkanlar mövcuddur. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qeyri-neft sektorunun digər sahələrində olduğu kimi, turizm sahəsində də biznesin təşkili üçün KOB-lara dəstək xidmətləri göstərməyə hazırdır.

Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasındakı çıxışında bildirib.

Tədbirdə turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsinin, turizm klasterləşməsinin təşviqinin Agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb, Agentlik tərəfindən KOB-lara göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb. Vurğulanıb ki, sağlamlıq turizmi üçün potensial olan regionlarda mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviqi, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına KOB-ların cəlb edilməsi Agentliyin diqqət mərkəzindədir. Sağlamlıq turizmi sahəsində müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlığın qurulması da əhəmiyyətlidir və bu baxımdan, müvafiq sahədə dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması Agentliyin fəaliyyət istiqamətlərindəndir. Bundan başqa, sağlamlıq turizm zonalarında ictimai-iaşə xidmətlərinin yaradılması və bu sahəyə investisiyaların yatırılması da sahibkarlar üçün əlverişli ola bilər. KOBİA rəhbəri sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyinin artmasının ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında şuraya üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərləri, müalicə-sağlamlıq sektorunda fəaliyyət göstərən mütəxəssis və ekspertlər iştirak edir.

Powered by Froala Editor