Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarlarla görüş keçirilib 24.11.21
Tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə onlayın görüş təşkil olunub.  


Görüşdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, KOBİA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib. 


Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə tikintiyə icazələrin alınması sahəsindəki mövcud prosedurlar barədə ətraflı məlumat verilib, bu sahədə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor