Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
Ticarət şəbəkələri və yerli istehsalçı şirkətlər arasında görüş keçirilib 28.06.19
Ticarət şəbəkələri və yerli istehsalçı şirkətlər arasında görüş keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mütəmadi olaraq iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlarla görüşlər keçirilir.

Növbəti belə görüş iri ticarət şəbəkələri və yerli istehsalçı şirkətlərin iştirakı ilə təşkil olunub.

İri ticarət şəbəkələrinin, 20-yə yaxın yerli istehsalçı şirkətin, eləcə də İqtisadiyyat Nazirliyinin və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə sahibkarların fikirləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib.

Qarşılıqlı müzakirə formatında təşkil olunmuş görüşdə yerli istehsalçı şirkətlər və ticarət şəbəkələri arasındakı ticarət münasibətləri, o cümlədən onlar arasında sənədləşmələrin aparılması, sahibkarların ticarət şəbəkələrinə girişi məsələləri müzakirə edilib.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov bu kimi görüşlərdə qaldırılan bəzi məsələlərin Agentliyin səlahiyyətləri çərçivəsində artıq həll olunduğunu, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət edildiyini, sahibkarların və müvafiq dövlət qurumlarının iştirakı ilə belə formatda görüşlərin mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

Powered by Froala Editor