Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Ticarət mərkəzindəki yanğından zərərçəkmiş sahibkarların nəzərinə! 28.03.19
Ticarət mərkəzindəki yanğından zərərçəkmiş sahibkarların nəzərinə!



Cari ilin 26 mart tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılmışdır.

Bununla bağlı, Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcəkdir.

Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk prospekti,134, tel. (012) 404-04-01) təşkil olunacaqdır.



Powered by Froala Editor