Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Tərtərdə karxana sahibləri ilə görüş keçirilib 19.04.22
Tərtərdə karxana sahibləri ilə görüş keçirilib

Karxana fəaliyyəti ilə məşğul olan sahibkarların bu sahənin hüquqi normaları haqqında maarifləndirilməsi və onların qarşılaşdıqları problemlərin həllinə dəstək məqsədilə görüşlər davam edir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Tərtər rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb. 

Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, KOBİA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbirdə karxana sahiblərinin problemləri fəaliyyət göstərdikləri ərazilərə baxış keçirilməklə yerində dinlənilib. Görüşdə karxana sahiblərinə və bu sektorda fəaliyyətə maraq göstərən şəxslərə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları, sahibkarlar  üçün alternativ yataqların müəyyən edilməsi barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor