Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Təhsil-sahibkarlıq əməkdaşlığı müzakirə edilib 15.11.23
Təhsil-sahibkarlıq əməkdaşlığı müzakirə edilib

Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində təşkil olunmuş növbəti tədbirdə təhsil-sahibkarlıq əməkdaşlığı, bu çərçivədə yeni təşkilati modellərin yaradılması, elmi yeniliklərin biznesə inteqrasiyası, universitetlərin potensialından istifadə müzakirə edilib. 

Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunun (SME World Forum 2023) növbəti tədbiri biznes və təhsil arasında əlaqələrə həsr olunub. ADA Universitetinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) dəstəyi ilə keçirilən tədbirdə rəsmi şəxslər, müxtəlif ali təhsil müəssisələrinin professor, müəllim və tələbələri, sahibkarlar iştirak ediblər. 

Tədbirdə Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil-sahibkarlıq əməkdaşlığı, bu əməkdaşlıq çərçivəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və tətbiqi, elmi yeniliklərin biznesə inteqrasiyası, universitetlərin elmi araşdırma mərkəzlərinin potensialından istifadə, kiçik və orta biznesin tələbatına uyğun ixtisaslı kadrların hazırlanması, biznesin təcrübəsinə əsaslanmaqla ali təhsil müəssisələri üçün praktik təhsil proqramları və metodiki vəsaitlərin hazırlanması məsələləri müzakirə edilib.

Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ICSB-nin prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi və İdarə Heyətinin sədri Ki Çan Kim, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov sahibkarlıq və təhsil əməkdaşlığına, bu sahədə həyata keçirilən tədbirlərə dair fikirlərini bölüşüblər. 

Tədbir çərçivəsində “İrəliyə yeni bir yol: Sahibkarlıq vasitəsilə Davamlı İnkişaf Məqsədlərinə nail olmaq” və “KOB-lar üçün inkişaf edən tendensiyalar” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrə oflayn və onlayn formatda qoşulan Almaniya, Avstraliya, İspaniya, Yaponiya kimi ölkələrin aparıcı ali təhsil müəssisələrinin rəhbər şəxsləri, professor və müəllimləri, ekspertlər təhsil-sahibkarlıq əməkdaşlığına dair trendlər, əməkdaşlıq modelləri, bu əməkdaşlıqdan gözləntilər barədə fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

Powered by Froala Editor