Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilir 09.02.21
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. 

Şərtlər: 

- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər;

- Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu: 17 fevral – 18 mart 2021-ci il.

Müsabiqənin keçirilmə vaxtı: 19 mart - 19 aprel 2021-ci il. 

 

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 17 mart 2021-ci il tarixinədək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) müraciət edə bilərlər:

  • Ərizə forması (https://bit.ly/3cS3v8I);
  • Müsabiqəyə təqdim olunan layihə (https://bit.ly/3qlsAgc);
  • Layihənin büdcəsinin maliyyə əsaslandırılması (https://bit.ly/3pkE2HF);
  • KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; 
  • Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

 

Müsabiqənin nəticələri barədə məlumat 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi, http://bit.ly/3oZx4HZ 

Powered by Froala Editor