Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Taxıl istehsalçıları və istehlakçıları ilə müzakirələr aparılıb 09.04.21
Taxıl istehsalçıları və istehlakçıları ilə müzakirələr aparılıb






Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sahəvi görüşlər çərçivəsində aprelin 8-də taxıl istehsalçıları və istehlakçıları ilə görüş keçirilib. 


Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, Dövlət Taxıl Fondunun, “Aqrar Tədərük və Təchizat” ASC-nin və Aqrar Sığorta Fondunun nümayəndələrinin iştirakı ilə təşkil olunmuş onlayn görüşdə 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. 


Görüşdə əkin sahələrinin suvarılması, taxıl istehsalı, yeni ambarların tikilməsi və subsidiyaların verilməsi barədə müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb. Həmçinin, onlayn görüş çərçivəsində Aqrar Siğorta Fondu tərəfindən aqrar sığorta mexanizminə dair təqdimat keçirilərək sahibkarlar maarifləndirilib. 

 

Powered by Froala Editor