Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Tatarıstan - Azərbaycan biznes forumu keçirilib 28.04.23
Tatarıstan - Azərbaycan biznes forumu keçirilib

Tatarıstan-Azərbaycan biznes forumunda KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Tatarıstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Tatarıstan-Azərbaycan biznes forumu keçirilib. 

Hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. 

Qeyd olunub ki, KOBİA-nın dəstək alətlərinə daxili bazarın araşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələrindəki layihələrinə qrantın ayrılması, KOB-ların ticarət şəbəkələrinə çıxışı, təlim və məsləhət xidməti, “Startap” şəhadətnaməsinin verilməsi, sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsinin təşkili və s. daxildir. KOBİA iş adamları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin icrası istiqamətində müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstəyi göstərə bilər. 

Orxan Məmmədov onu da qeyd edib ki, KOBİA 2019-cu ildən etibarən “Rusiya - İslam dünyası: Kazan Sammiti”ndə aktiv iştirak edir. Növbəti sammitdə də iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı, tədbir çərçivəsində təşkil olunan sərgidə KOBİA və AZPROMO-nun birgə stendlə təmsil olunması və sahəvi görüşlərin keçirilməsi planlaşdırılır. 

Powered by Froala Editor