Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Şuşada növbəti beynəlxalq tədbir – Şuşa Türk Biznes Forumu keçirilib 16.09.22
Şuşada növbəti beynəlxalq tədbir – Şuşa Türk Biznes Forumu keçirilib

Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib. Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər

Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır. 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   

Forumda kənd təsərrüfatı naziri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti M. Rifat Hisarcıklıoğlu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurasının sədri Kubaniçbek Kasımalıyev, Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin müavini Farhodjon Toşpulatov Türk dövlətləri arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığına, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafında Türkdilli ölkələrin biznes qurumlarının iştirakına, bu sahədə əməkdaşlıq imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına dair fikirlərini bölüşüblər. 

Tədbir çərçivəsində keçirilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi ssesiyada Azərbaycan Respublikası Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev çıxış ediblər. 

Tədbirdə “yaşıl infrastruktur”, kənd təsərrüfatı, qida, bərpaolunan enerji, tekstil, turizm, mədən sənayesi, İKT sektorları üzrə ikitərəfli görüşlər keçirilib. 

Sonra Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiq olunub. Həmçinin, “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.

Forum iştiraçıları həmçinin, Şuşa Qalası, Cıdır Düzü, Vaqifin məğbərəsi, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal zamanı güllələnmiş büstləri ilə tanış olublar.

Powered by Froala Editor