Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Şura və Agentlik QHT-lərlə onlayn görüş keçirib 12.08.20
Şura və Agentlik QHT-lərlə onlayn görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

KOBİA ilə birgə keçirilən qrant müsabiqəsinə qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilmiş layihələrdən 7-si qalib elan olunub. Bu layihələr əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, “COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, “Texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun qrant müsabiqəsinin qalibləri ilə keçirdiyi onlayn görüşdə qeyd edilib ki, ixtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında əlaqələrin genişlənməsində, QHT-hökumət münasibətlərinin inkişafında, şəffaflığın təmin olunmasında əhəmiyyətlidir. Şura tərəfindən 2-22 iyun tarixlərində QHT-lər arasında 7 qrant müsabiqəsi elan olunub. Qrant müsabiqələrindən 4-ü müxtəlif dövlət qurumları, o cümlədən KOBİA ilə birgə keçirilib. KOBİA ilə birgə təşkil olunmuş müsabiqəyə 12 QHT tərəfindən layihələr təqdim edilib ki, bu layihələrdən 7-si qalib elan olunub.

Onlayn görüşdə çıxış edən QHT rəhbərləri layihələri haqqında məlumat verib, layihələrin effektiv şəkildə icrası üçün çalışacaqlarını bildiriblər.

Powered by Froala Editor