Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Sumqayıtda sahibkarlıq mövzusunda gənclərlə görüş keçirilib 25.08.23
Sumqayıtda sahibkarlıq mövzusunda gənclərlə görüş keçirilib

Gənclərlə görüşdə sahibkarlıq fəaliyyətinə başlamaq və inkişaf etdirmək üçün dövlət dəstəyi tədbirləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər və İdman Nazirliyinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə bağlı gənclərlə görüş keçirilib.

Tədbirdə KOBİA-nın, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Sumqayıt Gənclər Evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölməsinin nümayəndələri, eləcə də 30-dan çox biznesə maraq göstərən gənc və sahibkar iştirak edib.

Görüşdə gənclərin sahibkarlıq fəaliyyətinə dəstək, biznesə başlamaq və mövcud fəaliyyəti genişləndirmək üçün dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın xidmətləri, güzəştli maliyyə resurslarına çıxış barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. Həmçinin gənclərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor