Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub 19.11.24
“Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub

Noyabrın sonundan etibarən bir sıra rayonlarda “Su həyatdır” layihəsinin icrasına başlanılacaq. 


COP29 çərçivəsində “Yaşıl zona”da “Su həyatdır” layihəsinin təqdimatına həsr olunmuş “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda tədbir keçirilib. 


Tədbir KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramının – “Su həyatdır” layihəsi barədə maraqlı tərəflərin  məlumatlandırılması, eləcə də su ehtiyatlarının qorunması, davamlı idarə edilməsi və bu sahədə innovativ həllərin təşviqi məqsədilə təşkil olunub. Qeyd edək ki, “Su həyatdır” layihəsi “SmartNation” platforması və Kiçik və Orta Biznesin inkişafı Agentliyi (KOBİA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.


Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dünya İqlim Fondunun prezidenti Jens Nielsen və COP29 Təşkilat Komitəsinin üzvü və “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova su resurslarının əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidi prosesində sudan səmərəli istifadə barədə fikirlərini bölüşüblər. 


Tədbir “Sabah üçün hər damla önəmlidir” və “Suya qayğı, gələcəyə zəmanət” mövzularında panellərlə davam edib. Panellərdə Kənd Təsərrüfatı Nazirliyinin, Cenevrə Universitetinin, KOBİA-nın, “ANTEA Brasil”in, UNFCCC Yaşıl İqlim Fondunun, “Acqua Novara. Vco SpA”, “Digital Umbrella” və “Sustainera Solutions” şirkətlərinin nümayəndələri su resurslarının qorunmasının gələcək üçün önəmi, texnologiyaların bu sahədə rolu, su ehtiyatlarının effektiv idarə olunması sahəsində innovativ həllər, beynəlxalq əməkdaşlığı müzakirə ediblər. 


“Su həyatdır” layihəsinin meneceri Aytən Hacıyeva isə “KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramı”nın təqdimatında layihənin məqsədi və gözlənilən təsirlər barədə məlumat verib. Vurğulanıb ki, layihə noyabrın sonundan etibarən Lənkəran, Masallı, Lerik, Astara, Cəlilabad və Biləsuvar rayonlarında həyata keçiriləcəkdir. 

Powered by Froala Editor