Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib 19.02.19
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Agentliyin əsas icraçı olduğu tapşırıqlar üzrə yaradılmış işçi qruplarının növbəti iclasları keçirilib.

11-19 fevral tarixlərində təşkil olunmuş iclaslarda İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclaslarda biznes inkubatorların inkişafı, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının artırılması, biznes assosiasiyalarının gücləndirilməsi, sahibkar düşüncə tərzinin və KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişafı, KOS-ların təlim-tədris ehtiyaclarının müyyənləşdirilməsi, eləcə də kənd yerlərində xidmət sahələrinin inkişafı, texnologiyaların tədrisinin genişləndirilməsi üçün araşdırmaların aparılması və müvafiq təkliflərin hazırlanması istiqamətlərində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.

Powered by Froala Editor