Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Startapların yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi potensialı genişdir 09.02.22
Startapların yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi potensialı genişdir

Azərbaycanın "Nextsale" startapı xarici şirkət tərəfindən satın alınıb. Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov startaplara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. 

Qeyd olunub ki, “Nextsale” startapının xarici ölkəyə satılması digər yerli startapçılar üçün motivasiya xarakteri daşıyacaq və onları stimullaşdıracaq. Rəqəmsal iqtisadiyyat və 4-cü Sənaye İnqilabı startaplar üçün də əlverişli imkanlar yaradır. Yeni texnologiyalar qısa müddət ərzində biznesi genişləndirməyə, yeni bazarlara çıxmağa və dövriyyəni artırmağa imkan verir. Startaplar müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla, yeni bizneslər yaratmaq və inkişaf etdirmək üstünlüklərinə malikdirlər. KOBİA tərəfindən mikro və kiçik sahibkarlara onları innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə gəlir və mənfəət vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, startapların iştirakı ilə sərgilər təşkil olunur. Startaplar KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim və məsləhət xidmətlərindən, satış imkanlarını genişləndirmək üçün www.kobmarket.az portalından, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantdan istifadə edirlər. 

Powered by Froala Editor