Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Startaplara dəstək üçün dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib 03.09.24
Startaplara dəstək üçün dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib

Azərbaycanın innovasiya ekosisteminin inkişafına töhfə vermək, yerli startapların layihələrini investorlara təqdim etməsinə və xarici bazarlara çıxmasına dəstək olmaq, əlaqələrini genişləndirmək məqsədilə dövlət və özəl sektorun iştirakı ilə növbəti tədbir keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Özbahçeci İnvest Club”un təşkilatçılığı ilə keçirilmiş “İnvestisiya turu” adlı tədbirdə 50-dən çox yerli və xarici investor, iş adamları iştirak edib. 

Tədbirdə altı yerli startap layihəsini potensial investorlara təqdim edib. Layihələr investorlar tərəfindən maraqla qarşılanıb. İnvestorlar tərəfindən seçilən ən yaxşı layihəyə texniki və mentorluq dəstəyi göstəriləcək. Ümumilikdə isə bütün iştirakçılara təşəkkürnamələr təqdim edilib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Özbahçeci İnvest Club”un prezidenti Turan Özbahçeci tədbirdə çıxış ediblər. Çıxışlarda ölkəmizdə startap ekosisteminin inkişafı, bu istiqamətdə dəstək tədbirləri, o cümlədən KOBİA-nın dəstək alətləri, gənc və innovativ sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi sahəsində dövlət-özəl sektor əməkdaşlığı barədə məlumat verilib. 

Tədbir çərçivəsində KOBİA və “Özbahçeci İnvest Club” arasında əməkdaşlıq haqqında Niyyət Protokolu da imzalanıb. Sənəd Azərbaycan startaplarının inkişafı üçün əməkdaşlıq məsələlərini, o cümlədən birgə təlim proqramlarını, mentorluq xidmətini, startaplar və kiçik biznes üçün digər dəstək tədbirlərini nəzərdə tutur. 

Powered by Froala Editor