Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur! 20.04.26
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu birgə startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan edir. 

Müsabiqə İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrdən yüksək potensiallı startapların innovativ ideyalarını nümayiş etdirməsinə dəstək olmaq, qlobal investorlarla əlaqə qurmaq və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.

Müsabiqəyə qoşulmaq üçün son tarix 15 maydır.   

Müsabiqənin mərhələləri:

- Qlobal açıq çağırış. Startaplar (innovasiya, biznes modeli, komanda, təsir) rəsmi platforma vasitəsilə mayın 15-dək müraciət edirlər.
- Seçim və qiymətləndirmə. Vençur kapitallı firmaların, maliyyə inkişafı institutlarının və korporasiyaların mütəxəssisləri müraciətləri 17 may tarixinədək qiymətləndirir.

- Mentorluq və intensiv təlim proqramı (“Bootcamp”). Seçilmiş startaplar 13–15 iyun tarixlərində fandreyzinq, maliyyə modelləşdirməsi və təqdimatlar üzrə təlimlərə qatılır.
- İnvestorlara təqdimat və yarımfinallar. Startaplar 16–17 iyun tarixlərində beynəlxalq münsiflər heyətinə təqdimat edir və investorlarla əlaqə qururlar.

Müsabiqə üzrə mükafatlar və imkanlar:

- Pul mükafatı
- Sertifikatlar və tanınma lövhələri
- İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumunun (PSF) sərgi paketi
- Beynəlxalq sərgilərdə iştirak imkanı

Layihələrinin qlobal bazarlara çıxacağına inanan və qlobal səviyyədə rəqabət aparmağa hazır olan startaplar aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərlər: https://isdb.untap.us/programs/2026#block-about 

 

Powered by Froala Editor